Oğlunun çəkdiyi erotik filmdə rol alan məşhur model YENİDƏN GÜNDƏM OLDU (FOTO)
Rejissorluğunu və ssenarisini oğlunun etdiyi pornoqrafik filmdə rol alan Elizabet Hurli sosial mediadan aktiv istifadə edir.
32gun.az xarici Kİv-ə istinadən xəbər verir ki, dünyaca məşhur 58 yaşlı model və aktrisa sözün əsl mənasında illərə meydan oxuğu bildirilir. 58 yaşlı Hurli sosial şəbəkədə diqqət çəkməyə davam edir.

Paylaşımları ilə illərə meydan oxusa da, zaman-zaman formada qalmasının sirrini də paylaşır.

"Austin Power: International Man of Mystery" filmindəki rolu ilə tanınan Elizabeth Hurley deyir ki, "gənclik eliksirin"i gündə ən azı 6 dəfə etdiyi şeylərə borcludur.
Hurley dəriyə qulluq rutinində nəmləndirməyə üstünlük verir.
"Özümə söz verdiyim tək şey nəmləndiricidir və ondan çox istifadə edirəm. Gündə təxminən altı dəfə üzümə, gündə təxminən 10 dəfə boynuma nəmləndirici krem çəkirəm" deyib.

Hurli qidalanmasına da çox diqqət yetirir. İşlənmiş qidaların orqanizmə zərərlərindən xəbərdar olduğu üçün tərkibində çox şəkər, duz və yağ olan qidalardan istifadə etmir.

"Sadə, təbii, asan yeməkləri xoşlayıram. Çox kimyəvi maddələr və əlavələr olan yeməkləri çox sevmirəm. Yerli yeməkləri yeməyə çalışıram. Adətən evdə özüm bişirirəm" - deyə məşhur qeyd edib.
Nilay
