HADİSƏ

Dəm qazından zəhərlənən hərbçi öldü

Mingəçevirdə dəm qazından zəhərlənən hərbçi dünyasını dəyişib.

32gun.az-ın məlumatına görə, bir neçə gün əvvəl Mingəçevir şəhəri Günəşli yaşayış massivində yerləşən evinin hamam otağında zəhərlənərək komaya düşən 1983-cü il təvəllüdlü hərbçi Nəbiyev Hakim Hüseyn oğlu bu gün xüsusi rejimdə saxlanıldığı xəstəxananın reanimasiya şöbəsində vəfat edib.  

Qeyd edək ki, mərhum iki övlad atasıdır.

Faktla bağlı araşdırma aparılır. Unikal

Oxşar Xəbərlər