DÜNYA

Məşhur kriminal avtoritetin qızı intihar etdi - Bu səbəbə görə (FOTO)

Xarkovda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan kriminal avtoritet, “Qonçarik” ləqəbli Mixail Qonçarenkonun 33 yaşlı qızı intihar edib.

32gun.az "Ednews"a istinadən xəbər verir ki,  qadın yanvarın 29-da  5-ci mərtəbədən yıxılaraq ölüb. İlkin ehtimallara görə polis intiharın depressiya səbəbindən olduğunu güman edir.

Qeyd edək ki, “Qonçarik” fiziki zor tətbiq edərək yerli şirkət rəhbərindən 250 min dollar tələb etməkdə şübhəli bilinir. Yanvarın 19-da avtoritet barəsində həbs qətimkan tədbiri seçilib. Belə ki, o, yanvarın 17-də 150 min dollar alarkən həbs edilib.

"Qonçarik"-in 7 ildən 12 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir.

1

Oxşar Xəbərlər