HADİSƏ

“Yeni Klinika”nın qarşısında ölüm hadisəsi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

32gun.az-ın apa-ya istinadən xəbərinə görə, hadisə Heydər Əliyev prospektində “Yeni Klinika”nın qarşısında qeydə alınıb.

Şəhər sakini Elşad Şirinov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçən Adilə Zeynalovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxşar Xəbərlər