Sedat Pekerin adını çəkdiyi qumarxana sahibi ÖLDÜRÜLDÜ
Kuzey Kıbrıs Türk Cümhuriyyətinin tanınmış şəxsi, Qumarxana sahibi Halil Falyalı sui-qəsdin qurbanı olub.
32gun.az Türkiyə KİV-ə istinadə xəbər verir ki, o. silahlı hücum nəticəsində ağır yaralanaraq, xəstəxanaya aparılıb. Lakin Halilin həyatını xilas etmək mümkün olmayıb.
Belə ki, hadisəsin sui-qəsd olduğu bildirən polis əməkdaşları Halilin vurulduğu yerdə 50-dək patron aşkar ediblər. Həmçinin, onun vurulma anı ətrafdakı müşahidə kameralarına əks olunub.
Cani şəxslər H. Falyalının evinin önündə avtomobillə qarşını kəsərək, onu güllələməyə başlayıblar. Daha sonra isə avtomobillərinə minərək, ərazidən uzaqlaşmağı bacarıblar.
Polis cinayətkarların axtarışına başlayıb.
Qeyd edək ki, sərvəti ilə tanına Halil, türkiyəli mafiya lideri Sedat Pekerin "YouTube" videolarında adı keçən şəxslərdən biri olub. Polis Halilin ölümündə Sedat Pekerin əli olduğunu ifadə edib.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar aparılır.