İDMAN

16 il sonra təkrarlanan qələbə

Cüdo üzrə Azərbaycan millisi 16 ildən sonra Olimpiadada qızıl medal qazanıb.

"32gun.az" xəbər verir ki, bu uğura "Paris-2024" Yay Olimpiya Oyunlarında Hidayət Heydərov imza atıb. 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Fransa paytaxtında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycan Himnini səsləndirib.

Qeyd edək ki, daha əvvəl Elnur Məmmədli 2008-ci il Pekin Olimpiadasında eyni çəki dərəcəsində qızıl medal əldə edib.

15:59

Cüdoçumuz Hidayət Heydərov “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

"32gun.az" xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı kanadalı Artur Margelidonla üz-üzə gəlib. O, qızıl xal bölümündə rəqibini ipponla məğlub edərək, yarımfinala vəsiqə qazanıb.

Finala gedən yolda H.Heydərovun rəqibi Manuel Lombardo (İtaliya) - Akil Qyakova (Kosovo) cütünün qalibi olacaq.

***14:01

Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

“32gun.az" xəbər verir ki, o, 1/8 finalda israilli Tohar Butbulla üz-üzə gəlib. 

İdmançı rəqibini məğlub edərək 1/4 finala adlayıb. 
 

***12:36

Bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq Azərbaycan cüdoçusu Hidayət Heydərovun rəqibi bəlli olub.

"32gun.az" xəbər verir ki, 73 kiloqramda çıxış edən idmançı 1/8 finalda israilli Tohar Bitbulla qarşılaşacaq.

T.Bitbul təsnifat mərhələsində əlcəzairli Reduan Masud Drisə ipponla qalib gəlib.

Xatırladaq ki, Paris olimpiadasına avqustun 11-də yekun vurulacaq.

Oxşar Xəbərlər