İDMAN
Boksçumuz Olimpiadada mübarizəni dayandırdı
Azərbaycan boksçusu Malik Həsənov "Paris-2024" Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.
"32gun.az" xəbər verir ki, 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda gürcüstanlı Laşa Quruli ilə üz-üzə gəlib.
Rəqibinə 0:5 hesabı ilə uduzan M.Həsənov mübarizəni dayandırıb.