Özündən 11 yaş kiçik sevgilisi üçün ölkəni tərk edir - Artıq ev axtarmağa başlayıb
"Yalan Dünya”, “Çukur”, “Kuş Uçuşu” kimi bir çox layihədə yer alan aktrisa İrem Sak ayrıldı iddia edilən, özündən 11 yaş kiçik basketbolçu sevgilisi Furkan Qorxmazla yeni qərar alıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, NBA-da uğurlu çıxışı ilə diqqət çəkən türkiyəli basketbolçu Furkan Qorxmaz yeni mövsümdə “Monako”nun formasını geyinməyə hazırlaşır. NBA-dan Avropaya qayıtmağa qərar verən 27 yaşlı futbolçu "Monako" ilə 1+1 illik müqavilə imzalayıb.
Furkan Qorxmazın sevgilisi, məşhur aktrisa İrem Sak da sevgilisini izləyərək Monakoya köçməyi planlaşdırır. Sak Korkmazın transfer qərarından sonra artıq Monakoda ev axtarmağa başlayıb.
İkili Monakoda yeni bir başlanğıc edəcək. Qorxmazın Monakodakı yeni komandasındakı çıxışı və cütlüyün Monakodakı yeni həyatı indidən maraq doğurur.
Nilay