İDMAN

Qarabağ"dan milyonluq transfer - Müqavilə üçün Bakıya gəlir

Qarabağ”ın heyətinə qatmaq istədiyi qapıçı Mateuş Koxalski Azərbaycana gələcək.

Sportinfo.az xəbər verir ki, polşalı qolkiper bu həftə Bakıda olacaq.

Bu barədə Polşa mətbuatı məlumat yayıb. Bildirilib ki, "Stal”ın 24 yaşlı qolkiperi paytaxtımızla tanış olmaq niyyətindədir. Azərbaycana gəlişində digər məqsəd isə "Qarabağ”ın bazasını görməkdir.

Polşalılar danışıqların müsbət nəticələnmək üzrə olduğunu qeyd ediblər.

 

Oxşar Xəbərlər