HADİSƏ
Abşeronda dəhşətli qəza: Polis sürücünü xilas etdi (FOTOLAR)
Abşeron rayonu Xırdalan şəhəri Masazır dairəsində yol qəzası baş verib.
32gun.az-ın məlumatına görə, 77-BL-360 dövlət nömrə nişanlı "Hundai" markalı minik avtomobili idarəetməni itirərək başqa bir avtomobillə toqquşduqdan sonra səkiyə çırpılaraq aşıb.
Hadisə yerinə dərhal çatan Abşeron Yol Patrul Xidmətinin əməkdaşı və digər bir şəxsin köməkliyi ilə sürücü avtomobildən çıxarılıb.
Xoşbəxtlikdən xəsarət alan yoxdur.
Nurlan Şiraliyev