SİYASƏT
Mehriban Əliyeva paraatlet Səid Nəcəfzadəni təbrik etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə paylaşım edib.
"32gun.az" xəbər verir ki, paylaşımda deyilir:
"Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!"