Xalq artisti dünyasını dəyişib
78 yaşlı müğənni və bəstəkar Vyaçeslav Dobrıni dünyasını dəyişib.
32gun.az bildirir ki, Rusiyanın xalq artistinin ölümü ilə bağlı Mash Telegram kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, sənətçi oktyabrın 1-də Moskva klinikalarından birində dünyasını dəyişib. Bir həftə öncə o, insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçinin direktoru Sergey Karpov xəstəxanaya yerləşdirilməsindən xəbərsiz olduğunu bildirib. RSFSR-in xalq artisti, müğənni Lev Leşçenko Dobrıninin tibb müəssisəsində olduğunu təsdiqləyib. Lakin ifaçının vəziyyəti ilə bağlı təfərrüatları bölüşməkdən imtina edib.
Vyaçeslav Dobrınin “Mavi duman” və “Yarama duz sürtmə...” hitlərinin müəllifidir. “Həyatda məndə olan hər şey”, “Sənə kim dedi”, “Əlvida, bütün vağzallardan...” mahnılarının musiqisini də o yazıb. Onun musiqisi əsasında mahnılar Alla Puqaçova , Mixail Boyarski , Mixail Şufutinski , Maşa Rasputina , Lev Leşçenko tərəfindən ifa edilmişdir. 1994-cü ildə "Doktor Şlyager" qrupunu yaratdı. Şair Leonid Derbenevlə əməkdaşlıq etmişdir .
Nilay