HADİSƏ

On gün əvvəl ailə quran qadın faciəli şəkildə öldü

Ucar rayon sakini dəm qazından boğularaq ölüb.

32gun.az APA-ya istinadən xəbər verir ki, Ucar rayonunun Lək kənd sakini, 1997-ci il təvəllüdlü Aytac Ağahüseyn qızı Xəlilova Bakıda yaşadığı evin hamamında dəm qazından boğulub.

Aytac Xəlilova 10 gün əvvəl ailə həyatı qurub. Daha sonra həyat yoldaşı ilə birgə Bakıya köçüb.

Məhrum ötən gün doğulduğu kənddə dəfn olunub.

Oxşar Xəbərlər