MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Məşhur aktyor xəstəxanaya yerləşdirilib
Rusiyanın “Lomonosov Planı” pank qrupunun vokalisti və aktyor Aleksandr İlyin Moskva xəstəxanalarından birinə yerləşdirilib.
32gun.az bildirir ki, bu barədə “112” Telegram-kanalında məlumat verilib .
Məlumata görə, “Stajyerlər” serialının ulduzu evdə xəstələnib. Sənətçi qarnının aşağı hissəsində kəskin ağrılardan şikayətləndiyi üçün gələn təcili yardım həkimləri onu tibb müəssisəsinə aparmaq qərarına gəliblər.
“O bir sıra zəruri prosedurlardan keçir”, məlumatda deyilib.
Nəşrin müəllifləri aktyorun həyatının təhlükədə olmadığını vurğulayıblar. Digər təfərrüatlar hələ alınmayıb.
Xatırladaq ki, Aleksandr İlyin rus teatr və kino aktyoru, şair, müğənni və "Plan Lomonosov" pank qrupunun bəstəkarı, vokalistidir.
Nilay