DÜNYA

İtkin düşən sabiq nazir müavininin meyiti görün harada tapıldı (VİDEO)

Fevralın əvvəlində itki düşmüş Rusiyanın ədliyyə nazirinin keçmiş müavininin meyiti buz bağlamış Moskva çayında tapılıb.

32gun.az Rusiya KİV-nə istinadən xəbər verir ki Moskva çayında boğulan ədliyyə nazirinin keçmiş müavini Vladimir Yaluninin cəsədini dalğıc xilasedicilər tapıblar.  

Xilasedicilər keçmiş nazir müavininin cansız bədənini buzun üzərindən yıxıldığı yerdən 10 kilometr aralıda tapıb.

Bildirilir ki,  Keçmiş ədliyyə nazirinin müavini Vladimir Yalunin fevralın 6-na keçən gecə Moskva vilayətində itkin düşmüşdü. O Odintsovo rayon mərkəzinin Aksinino kəndindəki əkin sahəsində kvadrosiklə (4 təkərli motosiklet) minib və geri qayıtmayıb, yanında telefonu olmayıb.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, Yalunin Kozino kəndindəki kilsəyə tərəf gedib.  Xilasedicilər çayda buzları qıran kvadrosklin izlərini tapa biliblər. Kvadroskl fevralın 8-də sudan çıxarılıb. 

Qeyd edək ki, Yalunin 1998-2004-cü illərdə Rusiya Ədliyyə Nazirliyinin Cəzaların İcrası Baş İdarəsinə rəhbərlik edib. 2004-2006-cı illərdə ədliyyə nazirinin müavini vəzifəsində çalışıb. 

Oxşar Xəbərlər