HADİSƏ
"Məni və yoldaşımı 5 saat yarım gömrükdə gözlətdilər" - Qəzada ölən şəxsin atası
AZAL-ın təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən Anar Babayevin atası Zöhrab Babayev jurnalistlərə açıqlama verib.
32gun.az-ın "Unikal"a istinadən məlumatına görə, o, hava limanında gömrük işçiləri tərəfindən lüzumsuz yerə gözlədildiyini bildirib:
"Mən də, yoldaşım da 5 saat yarım ac vəziyyətdə gömrükdə gözləmişik. Soyuqda bizə işgəncə verdilər. Heç olmasa orada bir otaq yaradın ki, orada oturaq", - deyə Z.Babayev qeyd edib.