İDMAN
İdmançılar arasındakı insidentlə bağlı təcili iclas keçiriləcək
İdmançılar arasındakı insidentlə bağlı təcili iclas keçiriləcək.
Bununla bağlı 32gun.az-a Azərbaycan Kikboksinq federasiyasından məlumat verilib.
"Azərbaycan Kikboksinq Federasiyası baş vermiş xoşagəlməz hadisəni şiddətlə qınayır. Baş verənlərin kikboksinq idman növünə ləkə olduğunu və ümumiyyətlə idman sferasında yolverilməz olduğunu bildirir. Məsələ ilə bağlı 07.01.2025 tarixində federasiyanın iclası gözlənilir. İstintaqın gedişatına uyğun olaraq Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi tərəfindən uyğun qərar veriləcəkdir", - deyə məlumatda bildirilib.