DÜNYA
Livan ordusunun komandanı prezident seçildi
Livan ordusunun komandanı general Cozef Aun prezident seçkilərində qalib gəlib.
"32gun.az" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Livan parlamentində keçirilən prezident seçkilərinin ikinci turunda 128 deputatdan 99-u general Aunun namizədliyinin lehinə səs verib.
Qeyd edək ki, Livanda prezident seçmək üçün bundan əvvəl 12 cəhd uğursuz alınıb