ABŞ Rusiya ilə əlaqəli 250 fiziki və hüquqi şəxsə sanksiya tətbiq etdi
ABŞ Dövlət katibi Entoni Blinken Rusiya ilə əlaqəli təxminən 250 fiziki və hüquqi şəxsə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.
32gun.az bildirir ki, bu barədə TASS xəbər verir.
Dövlət Departamentinin açıqlamasında bildirilir ki, 150-dən çox şəxs və təşkilat, Rusiya müdafiə sənayesi və onun dəstəyi ilə əlaqəli olaraq, sanksiyalara məruz qalıb.
ABŞ Maliyyə Nazirliyi əlavə olaraq, Rusiya maliyyə, müdafiə və enerji sektorlarından təxminən 100 şirkətə qarşı məhdudiyyətlər tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sənədində qeyd olunur ki, sanksiyalar Böyük Britaniya, Qırğızıstan, Çin, BƏƏ, Türkiyə, həmçinin Çin, Rusiya, Türkiyə və Almaniya vətəndaşlarına da şamil edilib.
15 yanvar tarixində ABŞ, Rusiya ilə bağlı sanksiya siyahısını genişləndirərək, Zaporojye Atom Elektrik Stansiyasına və "Patriot" sərgi mərkəzinə də sanksiya tətbiq edib. Həmçinin, "Voentorg" Açıq Səhmdar Cəmiyyəti də məhdudiyyətlərə məruz qalıb.
10 yanvar tarixində ABŞ, Rusiya neft və qaz sektoruna qarşı geniş sanksiyalar tətbiq edib. Yeni sanksiya paketi, Rusiya'nın ən böyük inteqrasiya olunmuş neft şirkətlərinə qarşı bloklayıcı sanksiyaları da əhatə edib.
Ayxan