Rus milyarderin keçmiş arvadı boşandıqdan sonra ilk dəfə... /FOTO
Elena Perminova boşanandan sonra yeni evinin zalını göstərdi
Rus milyarderi Aleksandr Lebedevin keçmiş həyat yoldaşı, model və bloqer Elena Perminova, boşanandan sonra yeni evinin zalını ilk dəfə təqdim edib.
32gun.az bildirir ki, fotonu Instagram hesabında paylaşan Perminova, evin interyerini klassik üslubda olduğunu və mərkəzdə soba yerləşdiyini qeyd edib.
O, həmçinin evdə təmir işlərinin və mebelin düzülməsinin davam etdiyini bildirib.
Xatırladaq ki, 25 dekabrda Perminova şəxsi bloqunda milyarder Aleksandr Lebedev ilə boşandığını açıqlamışdı. O, Lebedev ilə 20 illik münasibətlərdən sonra, "yalnız isti və təşəkkürlər" hissi qaldığını bildirmişdi. Perminova, boşanmanın səbəbini açıqlamayıb və şəxsi məsələlərin "həmişə şəxsi qalacağını" qeyd edib.
Elena Perminova və Aleksandr Lebedev'in 4 övladı var: 15 yaşlı Nikita, 12 yaşlı Yegor, 10 yaşlı Arina və 3 yaşlı Aleksandr.
Nilay