Gecə saatlarında DƏHŞƏTLİ XƏBƏR: Ölənlər və yaralananlar var/ YENİLƏNİB
Qəzada dünyasını dəyişənlərin adları açıqlanıb.
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 16.01.2025-ci il tarixində saat 20:40 radələrində 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Onlardan 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Digər 2 nəfərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri orta ağırdır.
Hadisə zamanı 1960-cı il təvəllüdlü Mehtiyev Yavər Əjdər oğlu və piyada, Ceyranbatan qəsəbə sakini, 2003-cü il təvəllüdlü Paşayev İntiqam Qalib oğlu ölüblər.
***
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 16.01.2025-ci il tarixində saat 20:40 radələrində 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə "32gun.az"a Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Onlardan 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Digər 2 nəfərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri orta ağırdır.
***
Sumqayıtda ağır yol qəzası qeydə alınıb.
32gun.az xəbər verir ki, qəzanın təsirindən bir neçə nəfər ciddi xəsarət alıb. Zərərçəkənlərin bəzilərinin ayaq və qol nahiyələrinin qopduğu bildirilir.
2 nəfər ölüb, ölənlərdən biri piyada, biri sürücüdür.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxsnasına 4 yaralı gətirilib. Onlardan biri ağır yaralıdır, o, reanimasiyaya yerləşdirilib, 3 nəfərin zədəsi isə yüngüldür. Ağır vəziyyətdə olan yaralı Elşad Məmmədovdur.
Əlavə məlumatlar təqdim olunacaq. / Musavat
*** 21:07
Sumqayıtda 2 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
"32gun.az" apa-ya istinadən xəbər verir ki, hadisə Sumqayıtın Sülh küçəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobilillə "KİA" markalı avtomobil toqquşub.
Nəticədə 2 nəfər hadisə yerində ölüb.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.