MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Məşhur reper 15 min dollarlıq çantası ilə görüntüləndi

A$AP Rocky 15 min dollar dəyərində çanta ilə görüntüləndi

Məşhur reper A$AP Rocky ictimaiyyət arasında 15 min dollar dəyərində çanta ilə görünüb.

32gun.az xəbər verir ki, bu barədə PageSix məlumat yayıb.

A$AP Rocky, Bottega Veneta markasının açıq-qəhvəyi rəngdə, iri ölçülü dəri çantasını alıb. Çanta, reperin, sevgilisi Rihanna və onların iki oğlunun adlarını simvolizə edən "R" hərfli dörd bürünc asma ilə bəzədilib.

Xatırladaq ki, Rihanna və A$AP Rocky 2020-ci ilin noyabrında uzunmüddətli dostluqdan sonra münasibətə başlayıblar. Cütlük 2022-ci ilin yanvarında övlad gözlədiklərini elan edib və həmin ilin may ayında ilk övladları dünyaya gəlib. Onların oğluna RZA Atelston Mayers adı verilib. 2023-cü ilin avqustunda isə cütlüyün ikinci oğlu Riot Rouz Mayers dünyaya gəlib.

Həmin ilin avqust ayında paparassilər, cütlüyü Barbadosda ailəvi istirahət zamanı görüntüləyib. Rihanna çimərlikdə qara şəffaf paltar və altından geyindiyi çimərlik geyimi ilə diqqət çəkib. İşgüzar qadın reper və uşaqları ilə birlikdə dənizdə vaxt keçirib.

Nilay 

Oxşar Xəbərlər