Məhkəmə Volqoqrad vilayətinin Kotovo şəhərinin keçmiş merini vəzifə saxtakarlığında və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, o üç il səkkiz ay müddətinə ümumi rejimli koloniyada həbs cəzasına məhkum edilib. İstintaqın məlumatına görə, məhkəmə Kotovo administrasiyasına Daçnaya küçəsi boyunca dolama yolu təmir etməyi tapşırıb. 2022-ci ilin noyabrında hakimiyyət “Volqoqradavtodor” şirkəti ilə 30 milyon rubldan çox dəyərində müqavilə bağlayıb.
Həmin ilin dekabr ayının sonunda görülən işlərə dair protokollar tərtib edilib və həmin aktlarda yolun keyfiyyəti barədə yanlış məlumatlar verilib. Qanun pozuntularına baxmayaraq, şəhər icra başçısı aktları imzalayıb, pullar podratçı şirkətə verilib.
Prokuror yoxlaması zamanı müəyyən edilib ki, görülmüş işlərin həcmi həddindən artıq qiymətləndirilib, təmirin keyfiyyəti isə qənaətbəxş deyil. Yol demək olar ki, dərhal çökməyə başladı və təxminən 8 milyon rubl məbləğində ziyan vurub.
“Məhkəmənin hökmü ilə eks-məmur 3 il 8 ay müddətinə azadlıqdan məhrum edilib, cəzasını ümumi rejimli islah koloniyasında çəksin”, - məlumatda deyilir.
Keçmiş məmur 1 il 8 ay müddətinə dövlət qulluğunda və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan da məhrum edilib.
Ayxan