DÜNYA ÖZ XƏBƏR

Elon Maskın jesti "düşündüyünüz kimi deyil" - Netanyahu

İsrail Baş naziri Binyamin Netanyahu, amerikalı sahibkar İlon Maskın, ABŞ prezidenti Donald Trampın inaqurasiyasında etdiyi jestdən sonra böhtan atıldığını bəyan edib.

32gun.az xəbər verir ki,  bu barədə İsrail lideri sosial şəbəkə X-də açıqlama verib.

"İlon Maskı böhtanla ittiham ediblər. İlon — İsrailin böyük dostudur," deyə Netanyahu vurğulayıb.

İsrail Baş naziri bildirib ki, Maskın nasizmlə heç bir əlaqəsinin olmadığını sübut edən amil, onun yəhudiləri Holokostdan sonra baş verən ən dəhşətli amansızlıqlara məruz qaldıqdan sonra dəstəkləməsi olduğunu qeyd edib.

"O, İsrailin özünü qoruma hüququnu, soyqırımdan və terrorçulardan, habelə dünyada yeganə yəhudi dövlətini məhv etməyə çalışan rejimlərdən qorumaq hüququnu davamlı və hərtərəfli dəstəkləyib," deyə İsrail hökumətinin başçısı qeyd edib.

Trampın inaqurasiyasından sonra Mask iki dəfə nasist salamına bənzər bir jest edib. Lakin, sonradan tənqidçilərinə hər kəsi Hitlerlə müqayisə etməmələrini çağırıb. Eyni zamanda, sahibkar Avropada ultra-sağçıları fəal şəkildə dəstəkləyir.

Ayxan 

Oxşar Xəbərlər