İzmir sakini keçmiş həyat yoldaşının 4 yaşlı qızını Azərbaycana qaçırdığını iddia edir
İzmirin Karabağlar rayonunda yaşayan və bir proqram təminatı şirkətinin sahibi olan Erhan Akıncı keçmiş həyat yoldaşı, Azərbaycan vətəndaşı Gülzar H.-nin (35) 4 yaşlı qızını Azərbaycana qaçırdığını iddia edərək prokurorluğa şikayət edib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akıncı və Gülzar H. 2020-ci ildə evlənib, bu nikahdan G.M.A. adlı övladları dünyaya gəlib. Ancaq cütlük 2022-ci ildə boşanıb. İddialara əsasən, Gülzar H. yanvar ayında qızı G.M.A.-nı da götürərək Azərbaycana gedib və ata ilə əlaqəni tamamilə kəsib.
Qızına böyük həsrət duyduğunu deyən Erhan Akıncı həm Türkiyə, həm də Azərbaycan hakimiyyətindən kömək istəyib:
"2020-ci ildə Azərbaycan vətəndaşı Gülzar H. ilə evləndim və bu evlilikdən bir övladımız oldu. 2022-ci ildə boşandıq və o vaxtdan övladımı görməkdə çətinliklər yaşadım. Dekabr ayında isə qızımı götürüb ölkəni tərk edib. Məhkəmənin mənə verdiyi övladımla görüş hüququ və mənim valideyn hüquqlarım pozulub. Artıq qızımla heç bir əlaqəm yoxdur; onun harada olduğunu, sağlam olub-olmadığını bilmirəm. Qızımın pasportunun təcili şəkildə ləğv olunmasını Azərbaycan və Türkiyə hakimiyyətindən xahiş edirəm. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm."
Nilay