DÜNYA ÖZ XƏBƏR

Vətənə xəyanətdə şübhəli bilinən pilot saxlanılıb - ANBAAN VİDEO

FSB Rusiyada təyyarə pilotunu dövlətə xəyanət ittihamı ilə saxladı

Federal Təhlükəsizlik Xidməti (FSB) Rusiyanın Krasnodar diyarında təyyarə pilotunu dövlətə xəyanət şübhəsi ilə saxlayıb.

32gun.az bildirir ki, Regionun FSB idarəsinin məlumat yayıb.

Məlumata görə, hadisə zamanı pilot aeroportdan parkinq istiqamətində hərəkət edirmiş. 

Videodan görünür ki, kişi əlində çamadanla gedərkən ona hüquq-mühafizə orqanlarının əməkdaşları yaxınlaşır. Pilot saxlanıldığını eşidəndə təəccüblə “Kim? Mən?” deyə soruşur.

Daha sonra şübhəli Rusiya vətəndaşı hüquq-mühafizə orqanlarının avtomobilinə mindirilərək şöbəyə aparılıb. FSB, saxlanılan şəxsin Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirmək üçün fəaliyyət göstərdiyini açıqlayıb.

Hadisə ilə bağlı “Dövlətə xəyanət” maddəsi üzrə cinayət işi açılıb, istintaq davam edir.

Nilay

Oxşar Xəbərlər