DÜNYA ÖZ XƏBƏR

Rusiyanın bir şəhəri virusa görə maska rejimi tətbiq edib

XMAO-nun Pıyt-Yax şəhərində kəskin respirator virus infeksiyası səbəbindən maska rejimi tətbiq edildi

Rusinın Xantı-Mansiysk Muxtar Dairəsinin Pıyt-Yax şəhərində kəskin respirator virus infeksiyası (KRVİ) hallarının kəskin artması səbəbindən maska rejimi elan edilib.

32gun.az xəbər verir ki, bu barədə bölgənin Rospotrebnadzor mətbuat xidməti məlumat yayıb.

Qurumun açıqlamasına görə, ötən həftə şəhərdə hər 10 min nəfərə 98,91 KRVİ halı qeydə alınıb ki, bu da əvvəlki həftənin göstəricisindən 178% daha çoxdur. Epidemioloji vəziyyət sabitləşənə qədər işəgötürənlərə maska rejiminin tətbiq edilməsi tövsiyə olunub.

Həmçinin sakinlərə mağazalarda, ictimai nəqliyyatda, poliklinikalarda və digər insanların çox olduğu yerlərdə maska taxmaq tövsiyə edilir.

Qeyd edək ki, bundan əvvəl Çində metapnevmo virusu (HMPV) səbəbindən yeni yoluxma dalğası qeydə alınıb. Sosial şəbəkələrdə dolub-daşan xəstəxanaların görüntüləri paylaşılırdı. Xəstəlik halları Qazaxıstanda da müşahidə olunub. Mütəxəssislər virusun pnevmoniyaya çevrilə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Ayxan 

Oxşar Xəbərlər