Tatarıstanın Yelabuga şəhərində Baqi Urmançe küçəsində bir qadın liftdə qalmaqal yaradıb.
32gun.az xəbər verir ki, bu barədə "Baza" telegram kanalı məlumat yayıb.
Hadisə zamanı qadın liftdə paltarsız halda, əlində oxla görünüb. O, liftin təhlükəsizlik kamerasına hücum edərək onu sındırıb. Qadının bu hərəkətinin səbəbi hələlik məlum deyil.
Sakinlərin sözlərinə görə, həmin qadın tez-tez polisə şikayət olunsa da, heç bir nəticə əldə edilməyib. Onlar bildirirlər ki, qadının evinə tez-tez sərxoş kişilər gəlir və o, saç kəsimi və masajla yanaşı əlavə xidmətlər təklif edir.
Məsələyə münasibət bildirən qadın ittihamları rədd edib. Onun sözlərinə görə, o, yalnız evdə saç kəsimi və masaj xidməti göstərir.
Lift kamerasını sındırdıqdan sonra yerli sakinlər yenidən hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Ayxan
Ayxan