Gloria Jeans Şaxtı və Novoşaxtinskdəki fabriklərini bağlayır
Gloria Jeans şirkəti Rostov vilayətində yerləşən Şaxtı və Novoşaxtinsk fabriklərini bağlamaq qərarına gəlib.
32gun.az Xarici KİV-ə istinadən xəbər verir ki, Şirkətin təsisçisi Vladimir Melnikov bunun səbəbini məhsulların rəqabətə davam gətirməməsi ilə izah edib. Onun sözlərinə görə, məhsullar keyfiyyət, moda və qiymət baxımından alternativ təchizatçılardan geri qalır və istehsal prosesi zərər gətirir.
Melnikov bildirib ki, şirkət artıq istehsal fəaliyyəti ilə deyil, pərakəndə satışla məşğuldur. Aktivlər Müqəddəs Anastasiya xeyriyyə fonduna təhvil verilib, o isə muzdlu menecer kimi işləyir.
Bu arada, Zaporojye vilayətində "Zaporojets" avtomobil markasının istehsalını bərpa etmək təşəbbüsü də gündəmdədir. Vilayətin Qanunverici Məclisinin sədri Viktor Yemelyanenko avtomobilin adının dəyişdirilə biləcəyini qeyd edib.
Ayxan