Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qadının həyat yoldaşı ilə intim münasibətdən imtina etməsinin boşanma üçün günah sayıla bilməyəcəyinə qərar verib.
32gun.az "The Guardian"a istinadən xəbər verir ki, bu qərar Fransadan olan bir qadının ərinin iddialarına qarşı apellyasiya şikayəti əsasında qəbul edilib.
Ər, 69 yaşlı həyat yoldaşını yaxınlıqdan imtina etdiyi üçün boşanma üçün əsas olaraq günahkar göstərib və yerli məhkəmə bu iddiaları dəstəkləyərək qadını boşanmanın səbəbkarı elan edib. Lakin qadın bu qərardan narazı qalaraq AİHM-ə müraciət edib.
AİHM-in qərarında vurğulanıb ki, evlilik vəzifələrinin icra olunmasını tələb etmək seksual azadlıq prinsiplərinə və bədənin müstəqillik hüququna ziddir.
Cütlük 1984-cü ildən evli idi və dörd uşaq sahibiydi. Onlardan biri əlilliyi səbəbindən daimi qayğıya ehtiyac duyurdu və əsasən ana tərəfindən baxılırdı. Ailədəki problemlərin ilk övladın doğulmasından sonra başladığı, lakin vəziyyətin 2002-ci ildən etibarən ər tərəfindən tətbiq edilən fiziki zorakılıq səbəbilə daha da pisləşdiyi qeyd edilir.
AİHM-in qərarına əsasən, qadının şəxsi və ailə həyatına hörmət hüququ pozulub və bu qərar hakimlər tərəfindən yekdilliklə qəbul edilib.
Ayxan