Rusiyanın Prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə sakit dialoqa hazır olduğunu bildirib.
32gun.az bildirir ki, o Rusiyanın Prezidenti Vladimir Putin, VQTRK jurnalisti Pavel Zarubinə verdiyi müsahibədə deyib.
Putin, “Bizim üçün daha yaxşı olardı ki, bu günkü reallıqlara əsaslanaraq görüşək və ABŞ ilə Rusiyanın maraq dairəsində olan bütün məsələləri sakit şəkildə müzakirə edək,” – deyə qeyd edib. O, dialoqun mümkünsüzlüyünün Ağ Ev-in qərarlarından asılı olduğunu vurğulayıb.
Bir gün əvvəl Tramp, Ukraynadakı silahlı münaqişəni sona çatdırmaq üçün Putin ilə “dərhal” görüşmək istədiyini bildirmişdi. O, Kiyevin artıq sülh müqaviləsi imzalamağa hazır olduğunu və Moskvaya dialoqdan imtina edərsə, yeni sanksiyalarla üzləşə biləcəyini əlavə edib. Eyni zamanda, Tramp, Rusiya və Çin üçün nüvə silahlarını azaltmaq təklifini irəli sürərək, Pekindən sülh məsələsində dəstək gözlədiyini ifadə edib.
Sonradan Tramp, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyayla münaqişə başlatmağa icazə verməməli olduğunu qeyd edib.
Ayxan