Vyetnamın Kanto şəhərində 24 yaşlı bir kişinin göz yuvasından 3 həftə ərzində orada qalan taxta yemək çubuğu çıxarılıb.
32gun.az xəbər verir ki, Şikayətçi sol gözündə ağrı və şişkinlik səbəbilə Kanto Universitet Tibb və Əczaçılıq Xəstəxanasına müraciət edib. Onun sözlərinə görə, simptomlar təxminən üç həftə əvvəl başlayıb, son günlər isə vəziyyət daha da ağırlaşıb. Daha əvvəl başqa bir klinikada müalicə olunub, lakin təyin olunan dərmanlar təsirsiz olub.
Həkimlər müayinə zamanı kişinin görmə qabiliyyətində problem olmadığını və göz almasının zərər görmədiyini müəyyən ediblər. Lakin kompüter tomoqrafiyası nəticəsində göz yuvasında 9 santimetr uzunluğunda yad cisim aşkar edilib. Məlum olub ki, bu, taxta yemək çubuğudur. Çubuq yumşaq toxumalardan keçərək göz yuvasının arxasına, üst çənə boşluğunun üst divarına və burunun yan divarına ziyan vurub.
Pasiyent həmin dövrdə dostu ilə sərxoş halda dava etdiyini xatırlayıb. Lakin yemək çubuğunun gözünə necə girdiyini və güclü ağrı hiss edib-etmədiyini xatırlamayıb.
Cərrahi əməliyyatdan sonra həkimlər onun bəxtinin gətirdiyini vurğulayıb.
Ayxan