DÜNYA ÖZ XƏBƏR

Tramp Kanadanın ABŞ-a qoşulacağı halda onu nələrin gözlədiyini açıqladı

ABŞ Prezidenti Donald Tramp Kanadanın 51-ci ştat olması təqdirdə ölkəyə böyük vergi güzəştləri və ticarət rüsumlarının ləğvini təklif edib.

32gun.az xəbər verir ki, Şimali Karolinada jurnalistlərə danışan Tramp, Kanada vətəndaşlarının bu qərarla həm vergi yükündən qurtulacağını, həm də daha yaxşı tibbi xidmət əldə edəcəyini bildirib.

“Kanadanı 51-ci ştat olaraq görməkdən məmnun olaram. Əgər bu baş verərsə, Kanada vətəndaşları böyük vergi güzəştləri əldə edəcək, çünki hazırda vergilər onları ciddi şəkildə yükləyir,” – deyə Ağ Ev rəhbəri qeyd edib.

Tramp, həmçinin bildirib ki, Kanada ABŞ-ın bir hissəsi olduğu təqdirdə, vətəndaşlar hərbi məsələlərdən narahat olmayacaq.

Bundan əvvəl Tramp Kanada ilə böyük ticarət defisitini vurğulamış və bunun aradan qaldırılması üçün ölkəsinin addımlar atmağa hazır olduğunu qeyd etmişdi. O, hətta Kanada ilə neft və qaz ticarətində məhdudiyyətlər tətbiq edə biləcəklərini də bəyan edib.

Xatırladaq ki, keçən ilin dekabr ayında Tramp, Kanada Baş Naziri Castin Trudo ilə görüşündə ölkənin 51-ci ştat ola biləcəyini bildirmiş, bunun səbəbi kimi isə qeyri-qanuni miqrant problemlərini göstərmişdi.
Ayxan 

Oxşar Xəbərlər