DÜNYA ÖZ XƏBƏR

Çilidə 5,5 bal gücündə zəlzələ baş verib

Çilidə 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

32gun.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələnin episentri Perunun Təknə şəhərindən 107 kilometr şərqdə yerləşib. Təknədə təxminən 280 min nəfər yaşayır. Məlumata görə, yeraltı təkanların mərkəzi 140 kilometr dərinlikdə olub.

Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, yanvarın 22-də EMSC Filippinin Leyte adasında 5,7 bal gücündə zəlzələ baş verdiyini açıqlamışdı. O zaman yeraltı təkanlar Liloan qəsəbəsindən yeddi kilometr cənub-şərqdə, 9 kilometr dərinlikdə qeydə alınmışdı. Liloan qəsəbəsində təxminən 3,5 min insan yaşayır.

Ayxan 

Oxşar Xəbərlər