DÜNYA ÖZ XƏBƏR

Təyyarə Həştərxanda məcburi eniş edib

İstanbul–Moskva reysi üzrə uçan təyyarə, uçuş zamanı yaranan nasazlıq səbəbindən Həştərxanada təcili eniş etməyə məcbur olub. Bütün sərnişinlər təyyarədən təxliyə edilərək, hava limanının terminalına köçürülüblər.

32gun.az bildirir ki, "Baza" Telegram kanalı bu məlumatı yayıb.

İlkin məlumatlara görə, qəza enişinin səbəbi uçuş zamanı hava gəmisi ilə bağlı yaranan texniki nasazlıq olub.

Saat 18:45-də sərnişinlərə Həştərxanada gözlənilmədən enişin edilməsi barədə məlumat verilib. Qeyd edilib ki, Moskvadan digər bir təyyarə saat 02:00-da Həştərxanaya gəlib sərnişinləri baş şəhərə aparacaq.

20 yanvar tarixində, Dubaya gedən təyyarə Bakıdakı hava limanına təcili eniş edib. Moskvedən yola düşən reys, gözlənilmədən Azərbaycanda eniş edib. Bu hadisənin səbəbi sərnişinlərdən birinin halının pisləşməsi olub. Heyət ona ilkin tibbi yardım göstərib, hava limanında isə o, həkimlərə təhvil verilib və xəstəxanaya yerləşdirilmə qərarı verilib.

17 yanvar tarixində, Yerevana gedən Sukhoi Superjet 100 təyyarəsi Mineralnıye Vodi hava limanına təcili eniş edib.

Ayxan 

Oxşar Xəbərlər