Rusiyanın məşhur boksçusu Aleksandr Povetkin, antidopinq qaydalarını pozduğu üçün 4 il müddətinə diskvalifikasiya olunub.
32gun.az xəbər verir ki, bu barədə Beynəlxalq Antidopinq Test Agentliyinin (ITA) rəsmi saytında məlumat yayılıb.
45 yaşlı idmançının diskvalifikasiyası 21 oktyabr 2024-cü ildən başlayır. Oktyabr ayında Povetkin Moskva Antidopinq Laboratoriyası (LIMS) tərəfindən müvəqqəti olaraq uzaqlaşdırılmışdı.
Məlumata görə, Povetkinin 2014-cü ildəki analizində ostarin maddəsi aşkar edilib. Onun 28 sentyabr 2014-cü ildən 9 sentyabr 2024-cü ilədək olan nəticələri ləğv edilib.
Povetkin 2021-ci ilin iyun ayında karyerasını bitirdiyini elan etmişdi. Lakin o, sonradan sağlamlığına uyğun olaraq geri dönə biləcəyini qeyd etmişdi.
Dekabr ayında Povetkin, Voloqda vilayətinin vitse-qubernatoru vəzifəsindən istefa verib.
Son döyüşünü 2021-ci ilin mart ayının 28-də Britaniyalı Dillian Whyte ilə keçirib. Qəhrəman bu döyüşdə 4-cü raundda texniki nokautla uduzub.
Povetkin dünya çempionu (2003), Avropa çempionu (2002, 2004) və Afina Olimpiya Oyunlarının (2004) qalibidir.
Ayxan