DÜNYA ÖZ XƏBƏR

Almaniyanın bu şəhərinin sakinləri pulsuz pivə ilə ümumi seçkilərə cəlb olunurlar / Qəribə olay

Duisburqda seçicilərə pulsuz pivə təklif olunur

Almaniyanın Duisburq şəhərinin rəhbərliyi seçkilərdə iştirak faizini artırmaq üçün seçicilərə pulsuz pivə təklif edəcək.

32gun.az bildirir ki, bu barədə "Bild" məlumat yayıb.

Şəhərin meri Martin Myurrak, bələdiyyə əhalisinin Bundestaq seçkilərində aşağı iştirakını artırmaq məqsədilə qeyri-adi təşəbbüs irəli sürüb. Onun sözlərinə görə, 15 fevral tarixində saat 10:00-dan 14:00-a qədər seçki məntəqəsinə gələn və səs verən hər bir seçiciye yerli "König Pilsener" pivə zavodunun istehsalı olan təzə pivə təqdim olunacaq. Bundan başqa, seçicilər alkoqolsuz pivə və sərinləşdirici içkilərdən də dadmaq imkanı əldə edəcəklər.

"Biz seçici iştirakını artırmaq və demokratiyanı gücləndirmək istəyirik. Bu, diqqəti vacib seçkilərə yönəltmək üçün bir vasitədir," – deyə Martin Myurrak vurğulayıb.

Ayxan 

Oxşar Xəbərlər