Nyu-York meri Erik Adams sağlamlıq problemləri səbəbindən ictimai tədbirlərdə az iştirak edəcək
Nyu-York şəhərinin meri Erik Adamsın sağlamlıq vəziyyətinin pisləşməsi səbəbilə tibbi müayinələrdən keçəcəyi və ictimai tədbirlərdə iştirakını azaldacağı bildirilib.
32gun.az bildirir ki, bu barədə onun mətbuat katibi Fabien Levi sosial şəbəkədə məlumat verib.
“Son günlərdə meri Adams özünü yaxşı hiss etmir. Buna görə bu həftə o, bir neçə həkimə müraciət edərək planlı tibbi müayinələrdən keçəcək,” – deyə Levi qeyd edib.
Mətbuat katibi əlavə edib ki, Adamsın sağlamlıq problemləri səbəbilə ictimaiyyət qarşısında daha az görünməsi gözlənilir. Lakin vəziyyətin detalları və nə qədər davam edəcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, keçən ilin sentyabrında Erik Adamsın beş maddə üzrə cinayət ittihamı ilə üzləşdiyi barədə məlumat yayılmışdı. Ona xaricilərdən rüşvət almaq, elektron fırıldaqçılıq və qanunsuz maliyyələşmə ilə bağlı ittihamlar irəli sürülüb. İddiaya görə, şəhər rəhbərliyinin dəstəyini vəd edən Adamsa aviabiletlər və otellər ödənilib, Türkiyə nümayəndələri isə onun 2025-ci il seçki kampaniyasına səxavətli ianələr ediblər.
Ayxan