Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri 27 yanvar tarixində Suriyaya qarşı tətbiq edilən sanksiyaların yumşaldılmasına dair razılıq əldə ediblər. Lakin bu qərar istənilən vaxt dəyişdirilə bilər.
32gun.az bildirir ki, bu barədə Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas "RİA Novosti"yə açıqlamasında bildirib.
“Aİ ölkələrinin xarici işlər nazirləri Suriyaya qarşı sanksiyaların yumşaldılması üçün yol xəritəsi barədə razılığa gəldilər,” – deyə Kallas qeyd edib. O vurğulayıb ki, Aİ Suriyanın yeni hakimiyyətinin hansı istiqamətdə hərəkət edəcəyini yaxından izləyəcək.
Sanksiyaların yumşaldılması ilk növbədə nəqliyyat və energetika sahəsində tətbiq olunacaq. Kallasın sözlərinə görə, bir neçə Avropa naziri artıq Suriyanın paytaxtı Dəməşqə səfər edərək, Bəşər Əsədin istefasından sonra hakimiyyətə gələn yeni rəhbərliklə əlaqələr qurmağa çalışıb.
Ayxan