DÜNYA ÖZ XƏBƏR

Sərxoş kişi arvadını baltayla təhdid edib və evini yandırıb

Rusiyada kişi həyat yoldaşının evini yandırmaqda ittiham olunur

Rusiyanın Ulyanovsk vilayətində 66 yaşlı bir kişi həyat yoldaşının evini yandırmaqda şübhəli bilinir.

32gun.az xəbər verir ki, bu barədə regionun DİN idarəsi məlumat yayıb.

Hadisə Mələkəs rayonunda baş verib. İstintaqın versiyasına görə, şübhəli şəxs 63 yaşlı sevgilisinin evinə sərxoş vəziyyətdə gəlib.

Cütlük arasında mübahisə yaranıb və kişi əlindəki balta ilə qadını təhdid etməyə başlayıb. Qadın nəvəsi ilə birlikdə yataq otağına qaçaraq orada gizlənib. Lakin kişi baltayla otağın qapısını sındırmağa çalışıb.

“Qadın nəvəsi ilə birlikdə yataq otağının pəncərəsindən çıxaraq qonşulara qaçıb,” – deyə DİN məlumatında bildirilib.

Daha sonra kişi evi benzinlə yandırıb. Ev tamamilə yanaraq külə dönüb.

Baş verən hadisə ilə bağlı bir neçə maddə üzrə cinayət işi açılıb, o cümlədən əmlakın qəsdən məhv edilməsi ilə bağlı. Şübhəli hal-hazırda ölkədən çıxmamaq haqqında iltizam altındadır.

Məlumata görə, o, əvvəllər məhkum olunub və hazırda heç bir yerdə işləməyib.

Ayxan 

Oxşar Xəbərlər