Amerikalı arxeoloqlar Ekvadorda hamilə qadınların qurban verilməsi ilə bağlı tapıntı əldə ediblər
Şimali Karolina Universiteti və Rio-Qrande Vadisi Texas Universitetindən olan amerikalı arxeoloqlar, təxminən 1200 il əvvəl Ekvadorda hamilə qadınların qurban verilməsi ilə bağlı sirli bir dəfn tapıblar.
32gun.az xəbər verir ki, araşdırma Latin American Antiquity (LAA) jurnalında nəşr edilib.
Arxeoloqlar Manteño dövrünə (650–1532-ci illər) aid olan bir məzarı araşdırıblar və burada hamilə olan 17-20 yaşlı gənc qadının skeletinə rast gəliblər. Radiokarbon tarixləndirmə nəticəsində qadının ölümünün 771 ilə 953-ci illər arasında olduğu müəyyən edilib.
Araşdırmalar göstərib ki, qadına ağır bir əşya ilə başına zərbə vurulub. Daha sonra onun əlləri və sol ayağı kəsilib.
Məzarda həmçinin dəniz qabıqlarından hazırlanmış bəzəklər, obsidian bıçaqları və xərçəng çənəsi kimi zəngin tapıntılar yer alıb. Bəzi tapıntılar isə məzarın özündən 2000 il əvvəlki dövrlərə aid olub, bu da onların xüsusi dəyərini göstərir.
Bundan əlavə, 991 ilə 1025-ci illər arasında oraya bir 25-35 yaşlı şəxsin baş sümükləri də qoyulub.
Arxeoloqlar qeyd ediblər ki, qədim Ekvador xalqları nadir hallarda insan qurban vermə praktikasına müraciət edirdilər. Həmçinin, qiymətli əşyaların məzara yerləşdirilməsinin səbəbi də aydın deyil.
Arxeoloqlar ehtimal edirlər ki, hamilə qadın ya quraqlıqdan qurtulmaq üçün Tanrılara qurban verilmiş ola bilər, ya da zəngin məhsul istəyərək Tanrıların köməyini diləmişdir.
Ayxan