Ukraynanın Müdafiə Nazirinin barəsində cinayət işi açılıb
Ukraynanın Kiyev rejiminə tabe olan Milli Antikorrupsiya Komitəsi, Müdafiə Naziri Rustem Umerov barəsində səlahiyyətlərdən sui-istifadə etmək ittihamı ilə cinayət işi açıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli ictimai fəallar məlumat verib.
İttihamların səbəbi, Umerovun Müdafiə Təchizat Agentliyinin (MTA) Nəzarət Şurasının rəhbəri Marina Bezyukovanın müqaviləsinin uzadılması qərarını yerinə yetirməkdən imtina etməsidir.
Bunun əvəzinə Umerov onu vəzifəsindən kənarlaşdırıb, MTA-nın rəhbəri vəzifəsini icra etməsi üçün Arsen Cumadilovu təyin edib və müqavilənin uzadılması üçün səs verən iki nəzarət şurası üzvünü işdən çıxarıb.
Ukrayna mətbuatı həmçinin, Ümerovun MTA-nı yoxlamağa başladığını və Ukraynanın döyüşçülərinin təchizatı ilə bağlı problemlər səbəbindən müavini Dmitri Klimenkovu işdən çıxardığını bildirib.
Əvvəllər Ukrayna Ali Radasının deputatı Anastasiya Radina, Ümerovu müdafiə müqavilələrinin yerinə yetirilməsi ilə bağlı problemlər səbəbindən istefaya çağırmışdı. O, Umerovu qanun pozuntusu ilə də ittiham edib, çünki o, öz qərarları ilə silah təchizatı üzrə icra olunmamış müqavilələrin müddətini uzadır.
Ayxan