DÜNYA ÖZ XƏBƏR

Quduz ayı kişi mağazaya girərkən ona hücum edib

Pensilvaniya ştatının Jim-Torp bölgəsində, bir kişi mağazaya gedərkən ayı tərəfindən hücuma məruz qalıb.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc kişi yol gedərkən qara ayını görüb və ayının onu izlədiyini hiss edib. Hadisənin görüntülərində, kişi yırtıcıdan qaçmağa çalışarkən, ayının onun ardınca getdiyi görünür.

Bir müddət sonra, ayı iki ayağının üstündə qalxaraq kişiyə hücum edib və onu qarın üzərinə yerə yıxıb. Hadisəyə başqa bir yerli sakin müdaxilə edib, tüfəngini götürərək ayıya atəş açıb.

Gənc kişi, hücumdan sonra özünü yaxşı hiss etdiyini və ayının sadəcə yemək axtardığını düşündüyünü bildirib.

Pensilvaniya Ovçuluq Komissiyası vəziyyəti araşdırıb və ayının quduzluqdan əziyyət çəkdiyini açıqlayıb. Komissiya həmçinin bildirib ki, qara ayılar ümumiyyətlə insanlara qarşı aqressiv olmurlar.

Ayxan

Oxşar Xəbərlər