Ukraynanın Konstitusiya Məhkəməsi səlahiyyətlərini itirib
Ukraynanın Konstitusiya Məhkəməsi faktiki olaraq səlahiyyətlərini itirib.
32gun.az bildirir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Üç hakim istefaya getdikdən sonra Məhkəmədə yalnız 11 hüquq tətbiqçisi qalıb, bu isə xüsusi plenar iclasın keçirilməsi və Baş Palatada konstitusiya işlərinin müzakirəsi üçün yetərli deyil.
İclas üçün ən azı 12 hakimin olması tələb olunur və buna görə də Konstitusiya Məhkəməsi tam şəkildə fəaliyyət göstərə bilmir.
Hal-hazırda Konstitusiya Məhkəməsinin sədrinin müavini vəzifəsini Aleksandr Petrişin icra edir. O, yaşca ən böyük hakim olaraq bu vəzifəyə təyin edilib.
Ayxan