Moskva şəhərində 67 yaşlı bir şəxs bankomatı metal boru ilə açmağa cəhd edərkən saxlanılıb.
32gun.az bildirir ki, bu barədə Moskva Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, həmin şəxs həyatını dəyişmək və iş tapmaq məqsədilə paytaxta gəlib. Şəhərdə gəzərkən bir tikinti sahəsinə daxil olub və oradan metal boru götürüb. Daha sonra bankomatların yerləşdiyi bir məkan taparaq oğurluq cəhdi edib. Lakin onun bu planı uğursuz olub, hadisə yerinə tez bir zamanda polis əməkdaşları cəlb edilib.
"Pul qazanıb başqa bir şəhərə köçmək istəyirdim", - deyə saxlanılan şəxs niyyətini izah edib.
Faktla bağlı "Oğurluğa cəhd" maddəsi üzrə cinayət işi açılıb. Şəxs günahını etiraf edib və məhkəmənin qərarı ilə həbs edilib.
Ayxan