Abxaziya hökuməti Rusiyadan dəstək istədi
Abxaziya hökuməti yaxınlaşan prezident seçkilərində prorusiyalı namizədin dəstəklənməsi üçün Rusiyaya müraciət edib.
32gun.az bildirir ki, bu barədə Life.ru nəşri Abxaziyanın baş nazirinin vəzifələrini icra edən Valeri Bqanbanın Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı açıq məktuba istinadən məlumat yayıb.
“Mən sizdən Abxaziya və Rusiya arasında uzun illərdir mövcud olan dostluq əlaqələrinə mənfi təsir göstərə biləcək proseslərin qarşısının alınması üçün hərtərəfli kömək göstərməyinizi xahiş edirəm. Fürsətdən istifadə edərək, Abxaziya xalqına davamlı dəstəyinizə görə sizə səmimi təşəkkürümü bildirirəm,” – deyə Bqanba yazıb.
Baş nazir məktubunda hazırda Abxaziyada siyasi böhranın yaşandığını və bu vəziyyətdən çıxış yolunun Rusiyanın prorusiyalı siyasətçilərə dəstək verməsindən asılı olduğunu vurğulayıb.
Bundan əvvəl Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Abxaziya vətəndaşlarından Rusiyanın şəhərlərində əlavə seçki məntəqələrinin açılması ilə bağlı çoxsaylı müraciətlər aldığını və buna yardım etməyə hazır olduqlarını bildirib.
Ayxan