DÜNYA ÖZ XƏBƏR

Rusiyada ilk dəfə tarixçilər Hitlerin “sarı qovluğundan” sənədləri təqdim ediblər

Rusiya Hərbi-Tarixi Cəmiyyəti Hitlerə aid sənədləri təqdim etdi

Rusiya Hərbi-Tarixi Cəmiyyəti (RHTC) Adolf Hitlerin "sarı qovluğuna" aid sənədlərin rus dilinə ilk dəfə tərcümə olunmuş versiyasını təqdim edib.

32gun.az xəbər verir ki, bu barədə RHTC-nin təşkil etdiyi dəyirmi masa zamanı məlumat verilib.

Sənədlərin məzmununu "Rəqəmsal Tarix" elmi-tədqiqat fondunun direktoru Yeqor Yakovlev açıqlayıb.

"1941-ci il mayın 2-də hitlerçi dövlət katiblərinin iclası keçirilmişdi və həmin iclasdan qalan sənəd - memorandumda qeyd olunurdu ki, müharibənin üçüncü ilində Vermaxtın bütün təminatı Rusiyanın hesabına həyata keçirilməlidir," – deyə Yakovlev bildirib.

O əlavə edib ki, bu plan SSRİ ərazisində kütləvi aclığa və milyonlarla insanın ölümünə səbəb olardı.

Bundan başqa, bir müddət əvvəl İngiltərəli Unity Mitfordun gündəliyindən çıxarışlar yayımlanıb. Onun nasist lideri Adolf Hitlerin sevgilisi ola biləcəyi iddia edilir. Mətnlər The Daily Mail qəzeti tərəfindən dərc olunub. Mitfordun Hitleri ilahiləşdirdiyi qeyd olunur.

Ayxan 

Oxşar Xəbərlər