DÜNYA ÖZ XƏBƏR

Böyük qardaşının başına taxta parçası ilə vuraraq öldürdü

Nevşəhirdə iki qardaş arasında dava faciə ilə bitdi

Nevşəhərdə, Gülşehir rayonunda iki qardaş arasında baş verən mübahisə qanlı sonluqla nəticələnin.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Alaattin Ö. (50) ağabəyi Yılmaz Ö.-yə (65) fırından götürdüyü odunla zərbə endirərək onu ağır yaralayıb.

Hadisə anı təhlükəsizlik kameralarına düşüb. Görüntülərdə Yılmaz Ö.-nün aldığı zərbələrdən yerə yıxıldığı əks olunub. Yaralı xəstəxanada həyatını itirib, Alaattin Ö. saxlanılıb. Araşdırma davam edir.

Nilay

Oxşar Xəbərlər