MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Məşhur aktrisanın sözləri gündəm oldu

Bennu Yıldırımlar: "Çəkiliş Mühitində Hər Şey Ola Bilər, Amma Bunun Yayımlanması Etik Deyil"

Türkiyəli məşhur aktrisa Bennu Yıldırımlar, Ahlat Ağacı filminin çəkilişləri zamanı Nuri Bilge Ceylanın ona verdiyi aktyorluq məsləhətlərini sosial mediada böyük müzakirə doğuran video əsasında qiymətləndirib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yıldırımlar, çəkilişlər zamanı Ceylanın ona verdiyi məsləhətləri dinləsə də, bu cür anların yayımlanmasını etik saymadığını bildirib.

Görkem İldaşın Pazar Sohbeti proqramına qatılan Yıldırımlar, "Çəkiliş mühitində hər şey ola bilər, söylənə bilər. Amma bunun yayımlanması etikdirmi?" deyərək, video haqqında ilk dəfə açıqlama verib. O, "Hörmət edib dinlədim, amma iş özlüyündə uzandıqca başqa tərəflərə getməməsi üçün insan danışmır. Bir stil əlbəttə var, amma etik deyil. Çəkiliş mühitində hər şey ola bilər, söylənə bilər. Amma bunun yayımlanması etikdirmi?" ifadələrini istifadə edib.

Nilay 

 

Oxşar Xəbərlər