DÜNYA ÖZ XƏBƏR

Kosmetoloq xəstənin üzünü eybəcərləşdirdiyinə görə 3 il şərti cəza alıb

Sankt-Peterburqda kosmetoloqa müştərinin üzündə nerv zədələnməsi və qalıcı izlər buraxan prosedur üçün 3 il şərti həbs cəzası verilib

Sankt-Peterburqda kosmetoloq  müştərisinə etdiyi prosedur nəticəsində üzündə nerv zədələnməsi və qalıcı izlər buraxdığı üçün məhkəmə tərəfindən təqsirli bilinib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki O, təhlükəsizlik tələblərinə cavab verməyən xidmət göstərməkdə suçlu olub. Məhkəmə ona 3 il şərti həbs cəzası təyin edib, eyni zamanda 3 illik sınaq müddəti müəyyənləşdirib. O, həmçinin zərərçəkənə 70 557 rubl ödəməlidir. Bu barədə Sankt-Peterburq məhkəmələrinin birləşdirilmiş mətbuat xidmətinin Telegram kanalı məlumat verib.

Hadisə 2020-ci ilin mart ayında baş verib. İstintaq məlumatlarına görə, kosmetoloji şirkətin baş direktoru, ali tibbi təhsili olmadığı halda, şifahi razılaşma əsasında qadına üzünün yumşaq toxumalarına liflər yerləşdirmək üçün razılıq verib. Prosedur zamanı texniki səhv nəticəsində üz nervi zədələnib. Kosmetoloq öz günahını etiraf etməyib.

Ayxan 

Oxşar Xəbərlər